XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 14:31

Nəhəng ilanla 10 il bir evdə yaşadılar- FOTO

Avstraliyada 10 il ərzində evin dam örtüyündə yaşayan ilan ev sahibinin yataq otağında məskən salmağa cəhd edib.

BBC xəbər verir ki, hadisə Queensland ştatındakı Mission Beach şəhərində baş verib. 

Ev sahibi Trina Hibberd oyanarkən öz istirahət otağından yataq otağınadək uzanan Monty ləqəbli piton ilanına rast gəlib. Evə gələn mütəxəssis 40 klioqram çəkisi olan ilanı tutaraq plastik konteynerə yerləşdirib.

Trina Hibberdin sözlərinə görə 5,2 m uzunluğunda pitonu ilk dəfə onun evində qonaq qalan dostu görüb. Monty hazırda su şəbəkəsinin təmizləyici hövzəsinə aparılıb. Ümid edilir ki, ilan oradakı siçovulların sayını azaltmağa kömək edəcək.