XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 00:19

Dünyanın ən bahalı şəhərləri –Bakı siyahıda 172-ci şəhər olub

Baki

Amerikanın “Mercer” konsaltinq kompaniyası əcnəbi mütəxəssislər üçün dünyanın ən bahalı şəhərlərinin illik reytinqini tərtib edib. 

Reytinq cədvəlinə əsasən, bu dəfə siyahının lideri Honkonq olub. 2013-2015-ci illərdə siyahıda birinci olan Anqolanın paytaxtı Luanda ikinci yerə düşüb. Ekspertlər bu geriləməni yerli valyutanın zəifləməsi ilə izah ediblər.

Sürix və Sinqapur 2015-ci ildə olduğu kimi müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar. Reytinqin ilk beşliyini Tokio qapayır. Bundan başqa əcnəbilər üçün top-10 bahalı şəhərlər siyahısına Konqonun paytaxtı Kinşasa, Şanxay, Cenevrə, Çadın paytaxtı Ncamena və Pekin daxil olub.

Moskva 2016-cı ilin reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə pisləşdirib. Belə ki, 2015-c ildəki 50-ci yerdən 67-ci yerə düşüb. Ekspertlər bunu rublun zəifləməsinin təzahürü ilə əlaqələndiriblər. 

Sankt-Peterburq ötənilki kimi 152-ci yerdə qərarlaşıb.

 Paytaxt Bakı isə siyahıda 172-ci şəhər olub. “Mercer” kompaniyasının ekspertləri qeyd edir ki, Bakı siyahıda ən sərt eniş edən şəhər edib. Təxminən 100 pillə geriləyib. Lakin, bunun səbəbləri göstərilməyib.

Ən bahalı şəhərlərin sonuncu yerlərində Keyp Taun, Bişkek, İohannesburq, Minsk, Tunis və Kəraçi kimi şəhərlər yer alıb. Yəni, onlar dünyanın ən ucuz şəhərləri hesab olunub.  

“Mercer”in araşdırması 5 qitədə 209 şəhəri əhatə edib. Ekspertlər qürbətçilərin yaşayışı üçün şəhərlərin bahalığını 200-dən çox parametr – mənzil xərcləri, nəqliyyat, qidalanma, geyim, əyləncə və digər kriteriyalar üzrə qiymətləndiriblər. “Mercer” bəyan edir ki, onların tərtib etdiyi reytinq şəxsi kompaniyalara və dövlət təşkilatlarına xaricə ezamiyyətə göndərdikləri əməkdaşlarına ödəyəcəkləri pul kompensasiyasının dəyərini hesablamağa kömək etmək məqsədi daşıyır.

Teleqraf