XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 10:19

YouTube-dan yenilik:mobil proqramına canlı yayım funksiyası əlavə edəcək

YouTube videoportalı mobil telefonlarda da canlı yayım xidməti göstərəcək.

Bu barədə şirkətin bloqunda məlumat yerləşdirilib. Şirkət 2011-ci ildən canlı yayım xidməti göstərir. Lakin istifadəçi canlı video yayım etmək üçün yalnız kompyuterdən istifadə etməli idi. Tezliklə isə YouTube-un smartfonlar üçün nəzərdə tutulan proqramında birbaşa efir funksiyası olacaq. Məlumatda qeyd olunur ki, mobil telefondan canlı yayıma çıxmaq asanlaşacaq, sadəcə qırmızı düyməyə basmaq kifayət edəcək. YouTube bu yaxınlarda ilk dəfə həmçinin 360 dərəcəlik videoların canlı yayımını təşkil edib.

Qeyd edək ki, smartfonlarda canlı video funksiyası Facebook, Persicope, Snapchat sosial şəbəkələrində xeyli müddətdir istifadə edilir. Bu günlərdə Twitter də mobil proqramlarına birbaşa efirə çıxmaq üçün funksiya əlavə edəcəyini açıqlayıb.

"Facebook" isə canlı yayım xidmətini daha da təkmilləşdirmək qərarına gəlib. Birbaşa efirə çıxan istifadəçi daha bir nəfəri də canlı yayıma qoşa biləcək. Eyni zamanda istifadəçilər canlı yayım müddətində maska effektlərindən də istifadə edəcəklər(azərtac).