XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 22:03

Kofe qaraciyəri üç xəstəlikdənqoruyur

kofe

Alimlər müəyyən edib ki, müntəzəm kofe içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur.

AZƏRTAC “health-ua.org” saytına istinadla xəbər verir ki, “British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur.

83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm kofe içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur. Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır.

Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, kofeinin sutkalıq dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan “espresso” içmək kifayətdir.