XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2016 - 11:19

Yaxın qohumların evlənməsinə qadağa qoyuldu –Səbəb

nigah-tacik

Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir.

Bununla yanaşı, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər.

Bundan başqa, xaricdən vətənə qayıdan tacik miqrantlar mütləq qaydada tibbi müayinədən keçəcəklər.

Qeyd edək ki, Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan çoxlu sayda əlil uşaqların dünyaya gəldiyini bildirib.

APA