XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2016 - 11:20

“Müsəlmanlar çox yaxşı şeylər kəşf edib…” –Məşhur aktyor və idmançı Van Dammdan ilginc açıqlamalar (VİDEO)

van-dam

Ərəblərin MBC telekanalında idman və sağlam qidalanma ilə bağlı məsləhətlər verən Hollivud ulduzu Jan Klod Van Damm Məhəmməd Peyğəmbərin adını çəkib.

Türkiyə mətbuatının məlumatına görə, o, məsləhətləri sırasında müsəlmanların bu barədə yaxşı təcrübələrinin olduğunu deyib və İslam dininin peyğəmbərini oxumağı məsləhət bilib:

"Həftədə maksimum bir dəfə ət yeyilə bilər. Ondan sonra bollu göyərti, ərəblərin yeməyi humus… Eləcə də bütün ənənəvi ərəb yeməkləri keçmişdə olduğu kimi yeyilə bilər. Məsələn, müsəlmanların yeməkləri: çörək, badam, alma…. Gedin və oxuyun. Bu mövzuda müsəlmanlar çox yaxşı şeylər kəşf edib. Həzrəti Məhəmməd çox ağıllı biri idi və insan bədəni üçün nəyin yaxşı olduğunu bilirdi. O zamana baxın, məndən soruşmanıza ehtiyac yoxdur. Və inanın ki, axtardığınız hər şeyi orada tapacaqsınız".

Axsam.az