XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 İyul 2016 - 22:18

ABŞ alimlərindən dünya xəritəsini dəyişəcək dəhşətli zəlzələ proqnozu:"Yeraltı gərginlik güclənib, azı, 140 milyon insan öləcək" (Xəritə)

zelzele-dehsetli-telefat

ABŞ-ın Kolumbiya universitetinin geofizikləri dəhşətli zəlzələ proqnozlaşdırıblar. 

"Nature Geoscience" jurnalında dərc olunan məqalədə bildirilir ki, qaçılmaz təbii fəlakət Banqladeşdə 140 milyondan çox insanın həyatına son qoyacaq.

Təbii fəlakətin səbəbi kimi, Hind-Avstraliya tektonik plitəsinin Birma plitəsinin altına düşməsi göstərilir. Tədqiqatın nəticələrinə əsasən, plitələrin enməsi yalnız materikdə deyil, həm də Hind okeanında baş verir.

Alimlərin hesablamalarına görə, yeraltı gərginlik son 400 il ərzində davam edir. Banqladeşdə yerləşən 26 seysmoloji stansiya tədqiq edilmiş sahadə tektonik plitələrin nisbi hərəkətinin ildə beş santimetr sürətlə dəyişdiyini göstərir.

Bildirilir ki, təbii fəlakət ərazi coğrafiyasının kəskin dəyişikliyi ilə müşahidə olunacaq. Yeraltı təkanların maqnitudasının 9 bal gücündə olacağı təxmin edilir.

Qara xətlər ilə potensial təhlükəli zonalar işarələnib

 


Qırmızı xətt ilə işarələnən ərazidə zəlzələ qurbanlarının sayı 140 milyon nəfərə çata bilər

 

Alimlər hesab edirlər ki, təhlükə altına ən çox Banqladeş və Hindistanın şərqində yaşayan əhali düşəcək, zəlzələnin episentri isə Banqladeşin paytaxtı Dəkkə şəhəri olacaq. Banqladeşin iqtisadi inkişafının zəif olması fəlakətin proqnozlaşdırılmasını və əhalinin müdafiəsini çətinləşdirir.

Hazırda Banqladeşdə 168 milyondan çox insan yaşayır.

Qeyd edək ki, 2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamini yaradıb. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub.

Oxu.az