XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

21 İyul 2016 - 22:53

“Qurdlar Vadisi”ndəki hadisələr gerçək imiş –Çevriliş

kvp 1123

Türkiyədə iyulun 15-də baş verən hərbi çevrilişə cəhdə görə küçələrdə növbə çəkən vətəndaşlara siyasətçilər, sənətçilər də dəstək olur.

 Taksim meydanında keşik çəkənlərə dəstək verənlərdən biri də “Qurdlar Vadisi Pusu” serialının baş qəhrəmanı Necati Şaşmazdır. O, bütün xalqı birliyə, demokratiyanı qorumağa səsləyib:

“Dəyərli qardaşlarım! Milli kimliyimizi məhv etməyə çalışdılar, amma biz yıxılmadıq. Özümüzü bir tankın altından başqa bir tankın altına atdıq. Bu çevrilişi dayandıran xalqımla fəxr edirəm. Biz həmişə demokratiyanın yanında olacağıq. “Qurdlar Vadisi” serialı 14-cü mövsümə hazırlaşırdı. Biz illərdir ki, serialda bunları göstərməyə çalışırıq. İndi hamımız gördük ki, “Qurdlar Vadisi”ndə olan hadisələr həqiqətdir. Gəlin, birliyimizi qoruyaq”. (Axar.az)