XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 04:51

Tısbağanın hörməti- Koreyada bir tısbağa bir koreyalıdan daha qiymətlidir

Şimali Koreya lideri Kim Jonq Un yenə insanı təəccübləndirən “ölüm fitva”sıyla gündəmə gəlib. Bu səfər o, tısbağa fermasının müdirini güllələtdirib. Səbəb isə çox sadədir. Sən demə, ferma müdiri tısbağalara yaxşı baxmırmış.

Cənubi Koreyada dərc olunan “Daily NK” qəzetinin yaydığı məlumata görə, bu il may ayının 18-də Kim Jing paytaxtdakı tısbağa fermalarından birini ziyarət edir. Ziyarəti sırasında təsbit edir ki, fermadakı tısbağalara kifayət qədər su və yem verilmir. Buna bərk qəzəblənən diktator ferma müdirini güllələməyi əmr edir. Beləcə, binəva ferma müdiri ac saxladığı tısbağaların güdazına gedir.

Qeyd edək ki, tısbağa əti Koreya mətbəxinin ən ləziz təamlarından sayılır.

Strateq.az