XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 13:10

Türk və ABŞ kəşfiyyatının müharibəsi:MİT FTB-ni necə məğlub etdi?

CİA 007

“ABŞ prezidentlərini qorumaq məşqi edən CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) və FTB (Federal Tədqiqatlar Bürosu) real təlim üçün Türkiyənin Diyarbəkir vilayətində polis müdiri Qaffar Okkanı hədəf seçir. Milli İstihbarat Təşkilatı (MİT) isə Okkana sui-qəsd edilən gündən bir gün sonra CİA-nın agenti olan Ərbil valisini öldürür”.

 Bu iddia türkiyəli araşdırmaçı yazar Ali Kuzunun “MİT-Mossad-CİA-Qladio” kitabında yer alır.

Yazar kitabında bölgədəki kəşfiyyat müharibələrini, Türkiyə üzərində oynanılan oyunlara yer verib.

A.Kuzu Türkiyə mediasına müsahibəsində deyir ki, Türkiyənin cənub-şərq bölgəsindən könüllü şəkildə vaz keçməsini istəyirlər: “ABŞ həm Türkiyəni küsdürməmək, həm də istədiyi “kürd dövləti” yaratmaq istiqamətində paralel iş görür. Diqqət edək ki, kürdlərə vəd olunmuş torpaqlar Nildən Fərata qədər uzanan sərhədlərin üst tərəfidir. Yəni İsrailə vəd olunmuş torpaqların sərhədləridir”.

Yazar daha sonra Qaffar Okkan sui-qəsdini açıqlayır.

“Bu sui-qəsd Klinton və Buş arasında prezidentlik uğrunda mübarizə dövrünə təsadüf edir. Bu gün dünyada ABŞ prezidentləri qədər güclü qorunan yoxdur, lakin ən çox öldürülənlər də onlardır. Burada günahkar da CİA və FTB-dir. Təcrübə də göstərir ki, hücumlar ən çox avtomobil karvanı zamanı baş verir. Buna görə də bu qurumlar Nyu-Yorkda küçənin ortasında təlim keçmək qərarına gəlirlər. CİA əməkdaşlarının bəziləri hücum edən tərəfdə olur, digərləri prezidenti qoruyur. Təlim uğurlu keçmişdi. Lakin CİA-nı başqa şeylər düşündürürdü. Birdən hücum real olarsa, o zaman, nə edəcəklər. Yəni hədəf real olmalı idi ki, onlar bu təcrübəni yaşasınlar. Bəs qurban kim olmalı idi? Çox da düşünmədən, Türkiyədə PKK-nın “paytaxt” elan etdiyi Diyarbəkiri seçirlər. Şəhərin polis rəisi Qaffar Okkan xalqın dəstəyini qazanmışdı, buna görə də CİA, Mossad kimi təşkilatların agentlərinə göz açmağa imkan vermirdi. Onlar Okkanın avtomobil karvanına hücum edərək öldürdülər. Və bu vaxt MİT peyda olur. Şimali İraqda MİT CİA və Mossadla müharibə aparır. MİT orada istədiyini edə bilmək bacarığına sahibdir. CİA da Okkanı öldürməklə MİT-ə cavab verir. Bu hadisədən bir gün sonra Ankarada MİT mərkəzindən çıxan bir avtomobil Diyarbəkirə gəlir, orada lazımi adamlarla görüşür və dərhal sonra sürətlə Şimali İraqa keçir. Ərbili kürd bir vali idarə edirdi və o CİA-nın ən önəmli adamlarından idi. ABŞ bu önəmli adamının Bərzaninin, yaxud Talibaninin yerinə gətirmək istəyirdi. Okkan sui-qəsdindən 36 saat sonra MİT qrupu bir neçə saat qaldığı Ərbildən Türkiyəyə qayıdır. Bu arada bütün dünyada son dəqiqə xəbərləri gedir: “Ərbil valisi, başından vurularaq öldürüldü”. Kəşfiyyat müharibələri bu bölgədə həmişə davam edib və günümüzdə də yaşanır”, – deyə Kuzu qeyd edir. (Publika.az)