BBC-nin xəbərinə görə, bu ulduz sistemində yer alan dörd ulduz cütlər halında hərəkət edir və cütlərdən yalnız birinin təbii bir peyki var.
Xəbərdə sistemdəki ulduz cütlərinin, ortaq bir cazibə mərkəzinin orbitində fırlandığı bildirilir.
İndiyə qədər analoquna rast gəlinməyən və “1SWASP J093010.78 + 533859.5” ünvanı verilən sistemin, “Böyük Ayı” bürcünə aid ulduzlar topasından 250 işıq ili uzaqlıqda olduğu və SuperWASP teleskopu sayəsində kəşf edildiyi xəbər verilir.
Ulduz sistemiylə əlaqədar məlumatlar İngiltərə Milli Astronomiya Yığıncağında təqdim edildi. Sistemdəki qoşa ulduzlardan birinin təmas halında, digərinin isə aralarında 3 milyon kilometrlik məsafə olan “ayrı cütlük” olduğu təxmin edilir. Sistemdə beşinci ulduz isə “ayrı cütlük”lə əlaqəlidir.
Strateq.az