XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 06:21

Beyninizi oxuya bilərlər

Beyin siz

Beynimizin dərinliyində olan məlumatlar təhlükəsiz yerlərdədirmi? Bir qrup amerikalı və ingilis alimin fikrinə görə, bu sualın cavabı “xeyr” şəklindədir. 

Alimlər kompüter oyunları üçün istifadə edilən bir alət sayəsində kompüter istifadəçilərinin beynini oxuyaraq gizli məlumatlar əldə ediblər.

Berkli (ABŞ), Oksford (Britaniya) və Cenevrə (İsveçrə) universitetlərinin mütəxəssislərindən ibarət bir qrup bu yolla insan beyninin hakerlənə biləcəyini deyir. “Emotiv” adlı cihaz əldən istifadə edilmədən oyun oynamağa kömək edən vasitədir.

Könüllülər qrupuna “emotiv” taxılıb və kompüter ekranında bankların adları, şəkilləri, tanıdıqları şəxslərin adları, şifrələr nümayiş etdirilib. Tanış obyektləri görən beyin P300 adı verilən özəl bir siqnal verib. Alimlər bu siqnalı izləyərək gizli məlumatları əldə ediblər. Sınaq 40 faiz uğurla nəticələnib. Qeyd edək ki, “emotiv”in satış qiyməti 299 dollar civarındadır. (Müsavat)