XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 07:03

Misir əhalisi sürətlə artır –2030-da 140 milyona çata bilər

misir

Misir əhalisinin sayı 2030-cu ildə 140 milyon nəfər təşkil edə bilər.

"Report" xəbər verir ki, bu cür proqnozla Misirin Əhali Məsələləri üzrə Milli Şurasının eksperti Tarik Taufik çıxış edib.

Şura əməkdaşının sözlərinə görə, ölkədə ümumi doğum əmsalı son illər ərzində 35% artıb.

"Əgər bu cür temp gələcəkdə də davam edərsə, o zaman 2030-cu ilədək Misirin əhalisi 140 milyona qədər arta bilər", – deyə "Youm7" portalı ekspertin sözlərini sitat gətirir.

Misir Mərkəzi Səfərbərlik Agentliyinin məlumatına görə, hazırda ölkə əhalisinin sayı 90 milyon nəfərdir.