XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 11:57

Dünyanın ən təhlükəliadası

Amerikalı bioloqlar Yer üzündə ən təhlükəli adanı müəyyən ediblər. Onların sözlərinə görə, bu, Braziliyanın cənubi-şərq sahilləri yaxınlığında yerləşən Keymada-Qrandi və ya İlanlar adasıdır.

Azərtac ecoportal.ru saytına istinadla xəbər verir ki, ərazisi təxminən 33 kvadratmetr təşkil edən adada ilan əlindən tərpənmək olmur.

Adada müxtəlif növ ilanlar yaşayır. Bunlardan botrops insanlar üçün ən təhlükəlisidir. Onun dişləməsi qurbanının bütün toxumalarının dağılmasına gətirib çıxarır. Hətta bioloqlar belə ilanların öyrənilməsi üçün adaya çıxmağa xüsusi icazə alırlar. İlanlar adasının sahillərinə üzüb yanaşmağa isə yalnız Braziliya dəniz donanmasının gəmilərinə icazə verilir.