XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 01:22

ABŞ prezidenti məzuniyyətdə bu kitabları oxuyacaq –Adlar

OB 76

ABŞ prezidenti Barak Obama Martas-Vinyard adasında keçirəcəyi iki həftəlik  məzuniyyətə aparacağı 5 kitabın adını açıqlayıb.

Bu barədə qazeta.ru saytı CNN kanalına istinadla məlumat yayıb.  ABŞ prezidenti özü ilə məzuniyyətə Britaniya yazıçısı Pola Honkisin "Qatarda qız" psixoloji  trillerini,  afroamerikalı qızın həyatından bəhs edən "Yeraltı dəmir yolu"  kitabını götürəcək.

Eyni zamanda B.Obama Britaniyada Costa mükafatına layiq görülmüş "Mən şahinəm"  əsərini,  Nil Stivensonun fantastik "Yeddi Həvva" romanını və 2016-cı ildə ən yaxşı avtobioqrafiya nominasiyasında  Pulitser mükafatına layiq görülmüş "Vəhşi günlər: serferin həyatı" kitabını oxumağı nəzərdə tutur.

Strateq.az