XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Avqust 2016 - 10:27

Tarixdə bu gün –14 avqust

Tarix 2

1945-ci il. İkinci Dünya müharibəsində İmperator Hiroxito Yaponiyanın qeyd-şərtsiz təslim olduğunu açıqlayıb. Avqustun 6-da ABŞ Xirosimaya atom bombası atmış, nəticədə 100 mindən çox adam həlak olmuşdu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etmişdi. Bundan bir gün sonra ABŞ-ın Naqasakiyə atdığı atom bombası 36 mindən çox insanın həyatına son qoymuşdu. Avqustun 14-də Yaponiya İmperatoru Hiroxito qeyd-şərtsiz təslim olduğunu bəyan etmiş, sentyabrın 2-də isə Tokioda ABŞ-ın “Missuri” gəmisinin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalamışdılar.

1947-ci il. Pakistan Britaniya müstəmləkəçiliyindən xilas olaraq müstəqilliyini elan edib. 2013-cü ildə aparılmış siyahıyaalmada Pakistan əhalisi 199 milyon 85 min 847 nəfər olub. Əhalisinin sayına görə dünyada 6-cı yeri tutur. Müsəlmanların sayına görə isə İndoneziyadan sonra ikinci yerdədir. Rəsmi dil urdu və ingilis dilidir. Milli valyutası isə Pakistan rupisidir. (Azərtac)