XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 10:02

“Facebook”dan yeniyetmələr üçün yeni“Lifestage” proqramı

“Facebook” sosial şəbəkə təmsilçiləri “İphone” üçün yeni “Lifestage” proqramına başlamağı planlaşdırır.

Proqramın köməyi ilə yeniyetmələr dostları ilə bağlı videosüjetləri izləmək imkanı qazanacaqlar. “Lifestage” proqramını 21 yaşdan aşağı olan istifadəçilər yükləyə biləcək, həmçinin proqram vasitəsilə onlar öz əyləncələri, təhsilləri və s. haqqında kliplər yaradacaqlar.

Mütəxəssislərin fikrincə, yeni proqram yeniyetmələr arasında ünsiyyət dairəsini genişləndirəcək. Onlar qarşılıqlı məlumat mübadiləsi aparacaq, fotoşəkillərini, video kliplərini paylaşacaq və digər xidmətlərdən istifadə edə biləcəklər(azərtac).