XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 16:59

Həyatla bağlı 17 ibrətamiz məsləhət –Bernard Şoudan

Bernard

Müasir ingilis teatrının banisi olan Nobel mükafatlı məşhur irlandiyalı yazıçı Corc Bernard Şou teart üçün 40-dan artıq əsər yazıb. Bunlardan ən çox tanınanı isə 1913-cü ildə qələmə aldığı "Pygmalion" olub. Bu tamaşayla bağlı müəllifin maraqlı bir xatirəsi məlumdur. Belə ki, Bernard Şou "Pygmalion" tamaşanın premyerası üçün Çörçilə dəvətnamə göndərir və dəvətnaməyə məzəli bir əlavə edir: "Dəvətnamə iki nəfərlikdir. Bir dostunuzu da gətirin, təbii ki, əgər varsa". Çörçill də öz növbəsində aralarında daim soyuq küləklər əsən bu dahi yazıçıya belə bir cavab göndərir: "Təqdimat gecəsinə deyil, amma ikinci oyuna gələrəm, təbii ki, əgər bir daha səhnələşdirilərsə".  

Baməzə insan təsuratı bağışlayan Bernard Şounun həyatımıza stimul  verəcək, kədərli anlarımızda əlimizə alıb oxuya biləcəyimiz maraqlı deyimləri, fikirləri çox olub. Müəllifin "Gülən düşüncələr" adlı kitabında həmin ibrətamiz deyimləri oxuya, həyatınızda tətbiq edə bilərsiniz.

Moderator.az Corc Bernard Şounun həmin kitabdan seçilmiş həyata aid 17 ibrətamiz ifadəsini təqdim edir.

1. "Həyatda səadət gətirən şeylər çox kiçik parçalardır. Bir yaxşılıq, bir təbəssüm, şirin bir baxış, yaxşı bir arzu… Əslində xoşbəxt olanlar bu kiçik şeylərin bəxş etdiyi huzura varmış olanlardır". 

2. "Həyatı dəyərli edən kef çəkmək deyil. Yaşamaqdır kef çəkməyi dəyərli edən". 

3. "Dünyada iki faciə var. Biri qəlbinizdəki ehtirası itirmək, digəri isə itirdiyiniz ehtirası geri 

qazanmaqdır".

4. "Diş ağrısı çəkənlər dişləri sağlam olanları, yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanırlar".

5. "Pul aclığı aradan qaldırır, bədbəxtliyi deyil. Yemək mədəni doyurur, ruhu deyil".

6. "Problem çarəsizlik deyil, narazılıqdır. Narazıyıq, çünki uşaqlıqda bizə tətbiq edilən lk şey içimizdəki istəyi öldürməkdir".

7. "Biz iki oğru arasında özümüzü ifadə edirik. Dünənə aid dərdlər və sabaha aid qorxular".

8. "Ağıllı adam ağlından istifadə edir. Daha ağıllı adam isə başqalarının da ağlından istifadə edir".

9. "Bəyənmədiyiniz bir şeyi alqışlamaq yalan danışmağın bir çox növündən biridir".

10. "Qocaldığımız üçün oyun oynamağı tərgitmərik, oyun oynamağı tərgitdiyimiz üçün qocalarıq".

11. "Falanın və ya filanın övladı olaraq dünyaya gəlmək bir təsadüfün əsərindən başqa bir şey deyil".

12. "Yer üzündə hökm sürən qüvvə həyat qüvvəsi deyil, ölüm qüvvəsidir".

13. "Yaşamağı bir savaş olmaqdan xilas etmək istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır".

14. "Ən xoşbəxt yuxudan daha xoşbəxtdir oyanmaq".

15. "Birini tənqid etmək istəsək, ən münasib yer aynamızın qarşısıdır".

16. "Dərdli olmağın sirri dərdli olub olmadığınızı düşünəcək qədər boş vaxta sahib olmaqdır". 

17. "Həqiqət budur: azadam, sağlamam, xoşbəxtəm və sıxıntıdan partlayıram!"