XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 21:52

5-ci mərtəbədən düşən uşağı həkim göydə tutdu –Sumqayıtda qeyri-adi hadisə

hekim-usaq

Bu gün günorta saatlarında Sumqayıtda qeyri-adi hadisə baş verib.

Strateq.az manevr.az-a istinadən xəbər verir ki, şəhərin Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.

Qadın güclü zərbədən yerə yıxılsa da, nə o, nə də ki, uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb.

Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir.