XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 12:23

Dünyanı dövr edənən gənc insan

Avstraliyalı 18 yaşlı Leklen Smart dünyanı motorlu təyyarə ilə dövr edən ən gənc insan olub. Bu barədə Brisbane Times xəbər portalı məlumat yayıb.

Leklen Smart 54 gün davam edən səyahəti zamanı dünyanın 15 ölkəsində, 24 dəfə eniş edib. O, səyahəti zamanı əsasən hava şəraitinin, xarici aviadispetçerlərlə ünsiyyətin və digər insanların dəstəyinin olmamasının çətinliklər yaratdığını bildirib.

Avstraliyalı əvvəlki rekordçu amerikalı Metta Qutmillerdən bir yaş kiçikdir.

L.Smart avqustun 27-də Avstraliyanın Kvinsland ştatının şimal-şərqində yerləşən aeroportlardan birinə eniş edib(azərtac).