Kiçik mobil evlər üzrə ixtisaslaşan “Baluchon” fransız memarlıq şirkəti 20 kvadratmetr sahəsi olan “Odyssee” layihəsini təqdim edib.
Azərtac “novate.ru” saytına istinadla bildirir ki, təkər üzərindəki rahat ev 3 nəfərlik ailəyə hesablanıb.
Evin yuxarı hissəsində ikinəfərlik çarpayı, əks tərəfdə isə qonaq otağı yerləşir. Burada divan, miniatür jurnal stolu var. Aşağıda – mərkəzi hissədə isə mətbəx yerləşir. Modul evin inşasında təbii ağacdan istifadə olunub.
Onun qiyməti isə içərisindəki mebellə birgə 49 min 800 ABŞ dollardır.