XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 13:07

Gələcəyin ən aktual 10 peşəsi- “Microsoft” açıqladı

“Microsoft” şirkətinin analitiklərinin rəyləri əsasında tərtib edilmiş, təxminən on ildən sonra tələb ediləcək on peşənin siyahısı yayılıb.

Onluğa elm və kosmosla bağlı sahələr daxil edilib. Mütəxəssislərin təqdim etdikləri peşələrin çoxunun hələ mövcud olmadığı bildirilir. Siyahı üzrə hazırda yalnız təbii ehtiyatların bərpası üzrə mütəxəssis mövcuddur. Digərləri isə, məsələn, “bioxaker”, “bədən mühəndisi” kimi peşələr hələ mövcud deyil. Şirkət mütəxəssisləri şagirdlərin siyahıya diqqət yetirmələrini məsləhət görüblər. Onların bir çoxunun özlərini gələcəkdə tam bu sahələrdə görmək istəyəcəkləri düşünülür.

Ekspertlərin fikrincə, gələcəkdə kosmik turizm istirahət mərkəzlərini əvəz edəcək ki, bununla “kosmik bələdçi”, “astronomiya bilicisi” kimi peşələr tələb edilənlər siyahısına daxil olacaq. Bundan əlavə, “virtual reallıq dizaynerləri”nə, “mədəni tədqiqatlar şərhçiləri”nə, “enerji iqtisadçıları”na da zərurət yaranacaq.

Gələcəkdə insanabənzər robotların hüquqlarının qoruyucuları da tələb olunacaq ki, bununla da “robot hüquqşünaslar” məşğul olacaqlar. Microsoft şirkətinin bütün tədqiqatları “Future” laboratoriyasının alimləri ilə birgə aparılıb(azərtac).