XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 18:32

Smartfonlar şəhər yollarının xəritəsinihazırlamağa kömək edəcək

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun elmi işçiləri “Ford Motor Company” korporasiyasından olan mühəndislərlə birgə mobil telefonların köməyi ilə şəhər sakinlərinin istifadə etdiyi yolların xəritəsini hazırlamağa nail olublar.

Azərtac “planet-today.ru” saytına istinadən xəbər verir ki, Bostonun yerli sakinləri 6 həftə ərzində unikal sınaqda iştirak ediblər. Elmi işin müəllifləri yerli sakinlərin cihazına xüsusi hazırlanmış proqramlar qurublar. Nəticədə alimlər sınaqda iştirak edənlərin şəhərin müxtəlif rayonlarında hərəkətini izləyə biliblər.

Elmi iş nəticəsində hazırlanmış xəritəni Boston hakimiyyəti xeyli pul vəsaiti xərcləməklə bir neçə il müddətinə hazırlaya bilərdi.