XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 20:01

Sinqapurda 5 minlik konsert zalı olanticarət mərkəzi

Sinqapurda ucalan “Star Vista” müasir ticarət-əyləncə mərkəzinin layihə müəllifi tanınmış amerikalı memar Endryu Bromberqdir.

Azərtac “novate.ru” saytına istinadla bildirir ki, mərkəz digərilərindən yuxarı mərtəbələrdə yerləşən 5 minlik konsert zalı ilə fərqlənir.

Bundan əlavə, onun layihəsi zamanı təbii havalandırmanın innovativ texnologiyası tətbiq edilib. Belə ki, binada bir dənə də olsun kondisioner quraşdırılmayıb.

Çoxfunksiyalı olduğundan “Star Vista” dünyanın hər yerindən çox böyük miqdarda insanların diqqətini cəlb edir.