Braziliyada 113 milyon il yaşı olan dörd ayaqlı ilan fosili tapılıb. Alimlərin dediyinə görə bu, ilk tapılan dördayaqlı ilan fosilidir. Bundan əvvəl də ayaqları olan ilan fosili tapılmışdı. Lakin əvvəlki tapıntılarda dörd ayaqlı ilana rast gəlinməmişdi. Alimlər bu ilanın, hazırda dünyada yaşayan ilanların əcdadı olduğunu bildiriblər.
Bu tapıntı ilanların dəniz mənşəli olmadığını iddia edən alimlər üçün ən tutarlı sübut ola bilər. İlan fosilinin ayaqları üzmək üçün deyil, yerimək və dəlik açmaq üçün uyğundur. Bu da ilanların quru mənşəli olduğunu göstərir.
Tapıntı bir çox mütəxəssislərin diqqətini cəlb edib, elmi dərgilər fosil haqqında yazılar yayımlayıb.
Araşdırmalar nəticəsində fosilin mədəsindəki son qalıntılar da müəyyən edilib. Dördayaqlı bu ilanın son ovu başqa bir onurğalı canlı olub.
Folsilə “Tetrapodofis amplektus” adı verilib.
Namiq