XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 14:31

Ərəblər Azərbaycandan yazdı:Turizm haqqında

Turizm

BƏƏ-nin tanınmış “Amwal” jurnalının iyul-avqust sayında baş redaktoru Xalid Əbu Zəhrın müəllifi olduğu Azərbaycanda turizm imkanlarına həsr olunmuş məqalə çap edilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən  verilən məlumata görə, məqalədə baş redaktor əvvəlcə Azərbaycanın coğrafi mövqeyi barədə oxuculara məlumat verir. Bildirir ki, 11 iqlim qurşağından 9-nun məhz ölkəmizin ərazisindən keçir. Azərbaycan rəhbərliyinin bu amildən bacarıqlı istifadə etməyi hesabına paytaxt Bakıda, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qəbələ, Quba, Qusar, Naftalan və digər rayonlarda yüksək beynəlxalq meyarlara cavab verən müasir turizm infrastrukturu yaradılıb, bənzərsiz orqanik dada malik kənd təsərrüfatı məhsulları yetişdirilir. Bu xüsusda, müəllif orqanik məhsullardan hazırlanmış milli mətbəx nümunələrinin özünəməxsusluğunu qabardır, Azərbaycan mətbəxinin şahı olan aşın bir neçə növdən ibarət olduğunu qeyd edir.  

Sonra paytaxt Bakı üzərində dayanan müəllif Xəzər dənizində qərarlaşan bu müasir şəhərin qədimlik və çağdaşlığın estetik sintezini özündə ehtiva etdiyini yazaraq, əsas şəhərimizin zəngin mədəni-tarixi irsə, eləcə də “Heydər Əliyev Mərkəzi”, “Alov Qüllələri”, “Bakı limanı”, “Park Bulvar” kimi müasir memarlıq əsərlərinə malik olduğunu oxucuların diqqətinə çatdırır. O, başqa xalqların mədəniyyəti və tarixi ilə maraqlanan turistlərə şəhərdə çoxsaylı muzey və abidələrin olduğunu bildirir, əsrlər boyu öz tarixini nəql edən qədim Qız qalasının UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil olduğunu oxucuların nəzərinə çatdırır. Məlumat üçün bildirilir ki, Azərbaycan mədəniyyəti və tarixinə özəl qayğı ilə yanaşan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli mədəni-tarixi irsimizin dünya miqyasında tanıdılması yönündə nəhəng səylərini önə çəkir.   (Lent.az)