XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 15:18

Azərbaycanlı astroloq:“NASA- dan olan dostlarm dedi ki, bürclərlə bağlı xəbər yalandır”

sebuhi

“Media NASA ilə astroloqların arasını vurmaq üçün o cür ciddi elmi mərkəzin adından ortaya tez-tez cəfəng fikirlər atır”.

Strateq.az bildirir ki, bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli son günlər ulduzların yerinin dəyişməsi ilə yeni bürclərin yaranması barədə yayılmış məlumatı şərh edərkən deyib.

NASA-da olan dostlarımla telefon əlaqəsi saxladım. Dedilər ki, "Bürclərin sürüşməsi ilə bağlı adımızdan danışanlar yalan danışırlar. Nə 21 dekabr 2012-ci ildə dünyanın sonu olacağı, nə 2015-ci ilin noyabrında 8 gün qaranlıq olacağı, nə də digər cəfəngiyyatlar barədə söylənilənlərin bizimlə əlaqəsi yoxdur".

Astroloq deyib ki, bir bürcün 1 dərəcə (təxminən 1 gün) sürüşməsi üçün 8400 il lazımdır.