XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 15:54

“Apple” şirkəti ixtisara başladı –Onlarla əməkdaş işdən atıldı

apple

“Apple” sürücüsüz avtomobil layihəsi ilə əlaqədar şirkətin müxtəlif şöbələrində çalışan onlarla əməkdaşını ixtisar edib.

 Mütəxəssislərin işdən çıxarılmasına səbəb “Titan” adlı layihənin reallaşmasında şirkətin çətinliklərlə üzləşməsi olub. Son iki ildə “Apple” bu layihəyə investisiyanı artırsa da, əhəmiyyətli irəliləyişə nail olmayıb.

Qeyd edək ki, ötən ilin sentyabrında mətbuatda sürücüsüz avtomobilin 2019-cu ildə istehsalına başlanılacağı barədə məlumat yayılmışdı. (Azərtac)