1. ABŞ-da 20-29 yaş arasında olan zənci kişilərin hər 3 nəfərindən biri ya həbsdə, ya da nəzarət altındadır.
2. Albert Eynşteyn 9 yaşına qədər sözləri düzgün tələffüz edə bilmirdi.
3. Bethoven musiqi bəstələməzdən öncə başını soyuq suya salardı.
4. Siçanlar susuzluğa dəvələrdən daha çox dözümlüdürlər.
5. Köpək balığı 100 milyon damla suyun içindəki bir damla qanı hiss edə bilir.
6. Okeanın ən dərin yerində top şəklində olan bir dəmirin suyun dibinə çatması üçün 1 saat vaxt lazımdır.
7. Bal xarab olmayan yeganə qida maddəsidir.
8. İndiyə qədər ən hündür dalğa 1971-ci ildə Yaponiyada qeydə alınıb. İşıgaki adası yaxınlığında qeydə alınan bu dalğanın hündürlüyü 85 metr olub.
9. Yazıçı çarlz Dikkenz yuxusuzluq xəstəliyindən əziyyət çəkirdi. O, yalnız üzü şimala doğru uzananda yata bilirdi.
10. Coca cola (koka kola) ilk dəfə satışa çıxanda yaşıl rəngdə idi.
11. Güclü asqırma qabırğa sümüklərindən birini qıra bilir. Asqırmanın qarşısını almağa çalışmaq, boyundakı damarlardan birini partlada bilər.
12.Donuz yeganə heyvandır ki, başını qaldırıb göy üzünə baxa bilmir.
13. Dünya televiziyalarında ilk birbaşa yayım daş dövrünə aid cizgi filmi olub.
14. Dünyada hər saniyədə iki zəlzələ olur.
15. Dünyanın “ən gənc” ailəsi 1910-cu ildə çində qurulub. Bu zaman oğlanın 8, qızın isə 9 yaşı olub.
16. Eyfel qülləsinin ən hündür yerinə çıxana qədər 1792 pilləkən var.
17. Dünyada ən çox asfalt yolu olan ölkə Fransadır.
18. Kişilər kiçik hərflərlə yazılmış yazıları qadınlardan daha yaxşı oxuyur.
19. Azərbaycanda el arasında “Allah dəvəsi” deyilən dəvədəlləyinin erkəyi dişisinin qoxusunu ən azı 7 km məsafədən hiss edə bilir.
20. Atlar heç vaxt yediyini qaytarmaz.
21. Cənubi Koreyanın paytaxtının adı olan Seul, Koreya dilində “paytaxt” deməkdir.
22. Hazırda dünya üzrə evlənən cütlüklərin, təxminən, yarısı boşanır.
23. Planetimizdə dünyaya gələn uşaqların hər gün 12 nəfəri yanlış ata-anaya təhvil verilir.
24. Barmaqda olduğu kimi hər bir insanın dil izləri də fərqlidir.
25. Hindistanda bir il ərzində dünyaya gələn uşaqların sayı, Avstraliyanın toplam əhalisinin sayından çoxdur.
Namiq
Strateq.az