XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 12:38

İlbiz zəhəri şəkərli diabet xəstələrinəkömək edəcək

Avstraliya alimləri gözlənilməz kəşf ediblər.

Onlar yırtıcı dəniz ilbizinin zəhərində qeyri-adi üçölçülü struktura malik olan insulin aşkar ediblər. Zəhər ilbizə balıq ovlamaq üçün lazımdır. Zəhərin tətbiqi balığın bədənində qlükoza səviyyəsini kəskin şəkildə azaldır. Beləliklə, diri balıq fəal hərəkətini itirir və zəif ilbizin qurbanına çevrilir.

Alimlər isə diabet xəstələrinin müalicəsi üçün zəhərin tərkibindən insulini ayırmaq qərarına gəliblər. Onların fikrincə, hazırda istifadə edilən insulindən fərqli olaraq ilbizlərdən alınan insulin daha sürətlə fəaliyyət göstərir. Alimlər qeyd edir ki, insan insulinin quruluşu ilbiz zəhərindəki insulindən fərqlidir, amma buna baxmayaraq öz funksiyalarını yerinə yetirir. Hələlik ilbiz insulinin səmərəliliyi insanlar üzərində yoxlanılmayıb. Lakin alimlər hesab edirlər ki, ilbiz insulini tezliklə birinci və ikinci tip diabetdən əziyyət çəkən qadınlara tətbiq oluna bilər(azərtac).