Rus milyonçusu, eyni zamanda memarı Vasili Klyukin ilan formasına malik göydələn binasının müəllifidir.
Memar Şərqdə ilanın müdriklik rəmzi hesab edildiyi üçün layihənin Asiya ölkələrindən birində həyata keçəcəyinə ümidvardır.
Layihəyə əsasən, göydələndə ticarət və ofis yerləri, həmçinin yaşayış apartamentləri, ən hündür nöqtəsində isə “gecə klub”u yerləşəcək.
Müxtəlif işıqlandırma sistemi vasitəsilə gün ərzində göydələnin simasını dəyişmək mümkün olacaq(azərtac).