XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 14:40

Yeni yaradılmış batareya400 il işləyəcək

Kaliforniya Universitetinin komandası uzun müddət işləyən akkumulyator yaradıb.

Alimlərin sözlərinə görə, nanobatareya təsadüfən yaradılıb və əsas özəlliyi odur ki, 200 min dəfə enerji ilə doldurula bilər.

Azərtac “ilenta.com” saytına istinadən xəbər verir ki, həmin nanobatareya universitetin aspirantı tərəfindən yaradılıb. O, xüsusi naqillər dəstini manqan dioksidə yerləşdirdikdən ora pleksiqlasa oxşar elektrolit geli əlavə edib. Çoxlu sayda enerjidoldurmadan sonra nanonaqillər zədələnməyib.

Belə ki, adi noutbukun akkumulyatoru bir neçə yüz dəfə enerjidoldurmaya hesablandığı halda, yeni yaradılmış batareya təxminən 400 il işləyəcək.

Hələ ki nanobatareya üzərində iş aparılır və kommersiya məhsulunun buraxılışı yaxın gələcəkdə əlçatan olacaq.