XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 15:29

“Facebook”un yaradıcısı öz xeyriyyə fonduna95 milyon dollar köçürdü

Dünyanın ər iri sosial şəbəkəsi olan “Facebook”un yaradıcısı və baş direktoru Mark Zukerberq son bir neçə həftə ərzində şirkətin 95 milyon dollar məbləğində səhmlərini satıb.

İKT.lent.az-ın “CBSNews” nəşrinə istinadən məlumatına görə, bununla da son bir ay ərzində satışa çıxarılan qiymətli kağızların ümumi həcmi təxminən 300 milyon dollar təşkil edib.

Amerika tənzimləyicilərinin məlumatına əsasən, ötən həftə ərzində Zukerberq 742 min dollar dəyərində səhm satışını həyata keçirib. Nəşrin məlumatına görə, bütün pullar onunla həyat yoldaşı Prissilla Çan tərəsindən təsis edilmiş “Chan Zuckerberg Initiative Holdings” və “Chan Zuckerberg Foundation” fondlarına köçürülüb. 

2015-ci ilin dekabrın 8-də Zukerberq “Chan Zuckerberg Initiative” fondunun xeyriyyəçilik təşəbbüsü çərçivəsində “Facebook” sosial şəbəkəsinin ona məxsus səhmlərinin 99 faizini bağışladığını bildirib. Bu bəyanat ailə cütlüyünün ilk övladı – Maks (Max) adlandırılan qızın dünyaya gəlişinin şərəfinə verilib.  

Bir çox qərb KİV-ləri qeyd edirlər ki, Zukerberq ailəsinin bu jesti ağıllı piar gedişdən başqa bir şey deyil. Məsələ burasındadır ki, iş adamı bu səhmləri hüquqi baxımından xeyriyyə şirkəti olmayan öz şirkətinə yatırmaq qərarına gəlib. Bu isə o deməkdir ki, yatırılan vəsaitlər sonradan çox asanlıqla özəl şirkətlərin maliyyələşdirilməsinə gedə biləcək.

Hazırda “Facebook”un Zukerberqə məxsus səhm paketinin dəyəri 52 milyard dollar qiymətləndirilir.