XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 20:31

Smartfonla işləyən ilksüni mədəaltı vəz yaradılıb

Kembric Universitetinin alimləri “Android” mobil əməliyyat sistemli smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəz yaradıblar.

Bu cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin nasosu, qlükometr və qəbuledicidən ibarətdir. Belə ki, qlükometr qandakı şəkərin miqdarını real vaxtda ölçür, nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə yatdığı zaman belə dayanmadan çalışa bilər.

Qurğunun gələn il təqdim olunacağı nəzərdə tutulur(azərtac).