XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 17:10

“Hayal Estetika və Məsləhətçilik” şirkəti Yapon dolğularını Azərbaycana gətirdi –400-dək həkim-kosmetoloq Bakıda toplaşdı

dolqu-1

“Pasiyentlərinizə keyfiyyətli dolğulardan istifadə edin və onlara cavanlıqlarını qorumaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini bildirin” – Sevilya Universitetinin biokimya kursunun direktoru professor Antonio Ayala azərbaycanlı həkim-kosmetoloqlara belə müraciət edib.

"Hayal Estetika və Məsləhətçilik" şirkətinin Azərbaycanda ilk dəfə keçirdiyi nanotexnologiya əsaslı innovativ dolğulara həsr edilmiş konfransda yaşlanmanın kimyasından danışan avropalı alim dərinin tərkibindəki nəmliyi saxlayan təbii məhsullarla gənclik təravətini uzun müddət saxlamağın mümkün olduğunu deyib.

Konfransa dəvət edilmiş digər spikerlər – İspaniya Anti-Age  Tibbi Assosiasiyası SEMAL-ın prezidenti Dr. Xose Serres, JBP-V-LİFT Pro şirkətinin elmi rəhbəri Dr.İsidro Rebelo, JBP Avropa ofisinin başçısı və beynəlxalq spikeri  Dr.Vicenta Llorca müasir kosmetik tibbdə istifadə edilən nanotexnologiya əsaslı dolğulardan, bədənin müxtəlif hissələrinə tətbiq edilən dolğuların fərqlərindən danışıblar. Dünyada ilk və yeganə nanotexnologiya əsaslı dolğu olan Yaponiya istehsallı JBP-nanolink dolğularının üstünlüklərinə diqqət çəkən avropalı alim-həkimlər cərahiyyə müdaxiləsi olmadan estetik əməliyyat etmək üçün JBP-nanolinklərin ideal vasitə olduğunu qeyd ediblər.

Avropada tanınmış estetik klinikaların rəhbərləri olan mütəxəssislər həm də öz təcrübələrində bu dolğulardan necə istifadə etdiklərini azərbaycanlı həmkarlarına nümayiş etdiriblər.

JBP Nanolink dolğularının Azərbaycanda rəsmi təmsilçisi olan "Hayal Estetika və Məsləhətçilik" şirkətinin icraçı direktoru Aynur Saqiyeva bildirib ki, dunyada Top 4-də yer alan, ilk və tək nanotexnologiya əsasında hazırlanan, 100% güvənli Yaponiya dolğularından istifadə etməklə təbii gözəlliyinizi qorumuş olacaqsınız.

JBP Nanolink dolğularinin fərqi isə digər təbii dolğulara nisbətən daha uzun muddət qalmasıdır .

Təşkil edilən  konfransın keçirilməsində ölkənin məşhur estetika və gözəllik mərkəzləri, klinikalar dəstək verib. Tədbirin sponsorları Araş Şirkəti, "Estethica" gözəllik mərkəzi, ZNK şirkəti, "NB Lazur 211" tibb mərkəzi, "BTL aesthetics", "Gözəl Qadın dünyası" olub.

Tədbirdə 400 nəfərədək həkim-kosmetoloq, dermatoloq və plastik cərrah  iştirak edib.

Ətraflı məlumat üçün: hayal-estetik.com saytına baxa bilərsiniz.

dolqu-2

dolqu-3

dolqu-4