XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 13:32

İnsanın qəmgin və şən əhvalını müəyyən edən cihaz hazırlanıb:Komputer reaksiyanı ani vaxtda ölçə biləcək

insan-qemli-cihaz

Foto: “Kompüter elmləri və süni İntellekt Laboratoriyasının” tədqiqatçıları (soldan) Fadel Adib, PhD student Mingmin Zhao, və Professor Dina Katabi Photo: Jason Dorfman/MIT CSAIL

 

İnsanın nə hiss etdiyini üzə çıxaran cihaz hazırlanıb. Yeni qurğu nə hiss etdiyinizi biləcək.

“EQ-radio” adlanan qurğunu Massaçusets Texnologiya İnstitutunun nəzdində “Kompüter elmləri və süni İntellekt Laboratoriyasının” tədqiqatçıları ərsəyə gətirib. (Azadlıq radiosu)

Cihaz simsiz siqnalların, dalğaların köməyi ilə insanın emosional vəziyyətini təyin edə bilir. “EQ-Radio” insanın bədəninə “Wi-Fi” dalğalarına bənzər simsiz siqnallar göndərir, bu siqnallar insanın nəfəsində, ürək döyüntüsündə ən kiçik dəyişiklikləri qeydə alıb cihaza ötürür. Toplanmış bilgilər xüsusi alqoritmlərin, kompüter əməliyyatlarının köməyi ilə emal edilir. İnsanın məmnun, şən, qəmgin və ya acıqlı durumu üzə çıxır.

Qurğunun yaradıcıları onun əyləncə, reklam, səhiyyə sahələrində faydalı olacağını iddia edirlər. Cihazın köməyi ilə film studiyaları, reklam agentlikləri insanların reaksiyalarını ani vaxtda ölçə biləcəklər.

Tədqiqatçılar düşünürlər ki, cihaz gələcəkdə depressiya, stress kimi rahatsızlıqları daha tez üzə çıxaracaq texnologiyaların yaradılmasına da yol aça bilər.