XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 23:59

Tibbin inkişafına görə dünya ölkələrinin reytinqi –SİYAHI

xestexana-daxili-

Tibb sahəsində ən avtoritet jurnallardan sayılan "The Lancet" tibb xidmətlərinin, sağlamlığın və həyat şərtlərinin keyfiyyətinə görə dünya ölkələrinin yeni reytinq cədvəlini tərtib edib.

Jurnalın reytinqi 33 əsas kriteriya üzrə 0-dan 100-ə (pisdən yaxşıya doğru) doğru şkala əsasında tərtib olunub.

Kriteriyalar içərisində – körpə və uşaq ölümü, yol-nəqliyyat hadisələrində həlak olanlar, uşaqlarda artıq çəkinin olması, alkoqol və tütün məmulatlarında istifadə, QİÇS, vərəm və hepatit B xəstəliyindən əziyyət çəkənlərin sayı, intihar və s. əsas götürülüb.

"The Lancet"in ekspertləri zorakılıq qurbanı və müharibə qurbanlarının sayını da nəzərə alıblar. Reytinq 1990-2015-ci illərdə ölkələrdə baş verən hadisələrin analizi əsasında tərtib olunub. 188 ölkənin yer aldığı reytinqdə Azərbaycan davamlı tibbi inkişaf səviyyəsinə görə 75-ci pillədə (63 bal) qərarlaşıb.

Kriteriyalar üzrə Azərbaycanın ən aşağı göstəriciləri Hepatit B xəstələrinin sayı, yeniyetmə qızlar arasında hamiləlik halları, havanın çirklənməsi faizi və əmək işçilərinin təhlükəli iş şəraiti kimi kriteriyalardan qaynaqlanıb.

"The Lancet" jurnalının reytinqinə əsasən, İslandiya tibbi inkişaf baxımdan ilk pillədə qərar tutub. İlk beşliyə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya daxildir.

Estoniya 29-cu,  Latviya 45-ci, Litva 47-ci, Özbəkistan 55-ci, Türkmənistan 60-cı, Moldova 80-ci, Qazaxıstan 85-ci, Ermənistan 86-cı, Tacikistan 99-cu, Gürcüstan 106-cı, Qırğızıstan – 113-cü, Ukrayna – 1118-ci, Rusiya isə 1119-cu pillədə yer tutub.

Modern.az