XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 18:29

Qızıl və qiymətli daşlardan eynək-  Ən ucuzunun qiyməti 13 min dollardır

İsveçrənin “Silhouette” şirkəti modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb.

Bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl, habelə qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır.

“Titanium meet`s Gold” kişi eynəyinin qızıl tağları əllə cilalanıb. “Art de Fleurs” qadın eynəyi 72 brilyant və yaqutla bəzədilib. Yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Bu ilin iyununda “Damiani” şirkəti də “Mimosa” gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi(azərtac).