XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 08:17

Məmurlara “WhatsApp”, “Viber” və “Telegram” qadağası –FTX məsuliyyət daşıyacaq

votsap-1

Rusiya məmurlarına  “WhatsApp”, “Viber” və “Telegram” kimi sertifikatlaşdırılmamış kommunikasiya əlavələrindən  istifadə etmək qadağa qoyulacaq. Qayda pozucularına qarşı vəzifədən kənarlaşdırılma da daxil olmaqla, intizam cəzası tətbiq ediləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.  

Məlumata görə, qeyd olunan məsələni nizamlayacaq normativ aktların hazırlanmasına görə məsuliyyət Federal Təhlükəsizlik Xidmətinin üzərinə qoyulacaq.

Sənədin 2017-ci ilin birinci rübünün sonunadək hazırlanacağı gözlənilir.    

Qadağa məmurların şəxsi məsələlərinin populyar messencerlər vasitəsilə müzakirəsinə şamil edilməyəcək.