Yun Velander
Svenska Dagbladet (İsveç), 01.10.2016
Yüksəkidraklı şəxsiyyətlərə hansı keyfiyyətlər xasdır? "Business Insider" bu mövzunu araşdırıb və həqiqi mənada ağıllı adamların səkkiz əlamətini ayırıb.
"Quora" tanışlıq saytının oxucularından biri “İntellektualların ümumi xüsusiyyətləri hansıdır?” sualını verib və tam yüz cavab alıb. Bəziləri şəxsi təcrübədən çıxış etməklə cavab verib, digərləri elmi məlumatlara söykənən gümanlar irəli sürüb.
Beləliklə, ağıllı adamların səkkiz əlaməti:
Vəziyyətə uyğun hərəkət etməyi bacarırlar
Yatırım fəaliyyətinin qurusu Uorren Baffetin karyerası dəyişkən bazar şəraiti və müxtəlif işgüzar mühitə uyğunlaşmaqda əla bacarıq nümunəsidir.
"Quora" saytında bir neçə istifadəçi qeyd edib ki, intellektuallara çeviklik və müxtəlif şəraitlərdə uğura nail olmaq qabiliyyəti xasdır. Bu ideyanı psixoloji araşdrımalar da təsdiqləyir. Qeyd olunur ki, ağıl mövcud şəraitdə böyük müvəffəqiyyətə nail olmaqdan ötrü davranışı dəyişmək, ya da fəaliyyət şəraitinin özünü dəyişmək bacarığıdır.
Başa düşürlər ki, çox bilmirlər
Donald Tramp siyasi təcrübəyə malik olmadan prezident postuna namizədliyini irəli sürüb. Onu tez-tez həm səriştəsizlik, həm də bunu etiraf etməmək istəksizliyinə görə tənqid edirlər.
Ən ağıllı adamlar etiraf etməyi bacarırlar ki, bu və ya digər sahədən başları çıxmır. İntellektuallar “bilmirəm” sözündən qorxmurlar. Nəyisə bilmədyi və yaxud bacarmadığını etiraf edə bilən kəs isə öyrənməyə hazırdır.
Ciddi elmi araşdırmalar göstərir ki, insan nə qədər axmaqdırsa, öz imkanlarını bir o qədər yüksək qiymətləndirir.
Hər şeyə maraq göstərirlər
Yahoo-nun icraçı direktoru Marissa Mayer öz işinə vurğun bir adam kimi tanınıb. O özünü biliyə təşnəsi olan botanik adlandırır.
Şayiələrə görə, Albert Eynşteyn iddia edib ki, özəl istedad sahibi deyil. O deyib: “Amma qızğın şəkildə maraqcılam”. Və yaxud Quora-nın dürüst ifadəsinə əsasən, “ağıllı adamlar başqalarının mövcudluq kimi qavaradığı şeylərə coşğun şəkildə aludə olmağı özlərinə rəva bilirlər”.
Öncədən yaranmış mənfi rəy onlara yaddır
Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen daim iqtisadiyyat üzrə yeni məlumatla üzləşir və həmişə əvvəlki mövqeyini dəyişməyə hazırdır.
İntellektuallar yeni ideya və imkanlara həmişə açıqdır və alternativ həlli salamlayırlar. Onlar ilk baxışdan rəyə gəlməyə tələsmir, yetərincə sübut toplamayınca nəticə çıxartmağa tələsmirlr.
Darıxmırlar
Apple-in qurucusu Stiv Cobs şirkəti idarə etməkdə fərdiyyətçi üslubu ilə məşhur idi.
İstifadəçilərdən biri qeyd edir ki, yüksək idraklı adamlar, adətən, əsil fərdiyyətçilərdir. Başqalarına baxanda intellektuallar dostlarla təmasdan az həzz alırlar.
Yüksək səviyyəli özünə nəzarət
Treyder və maliyyəçi Corc Soros əla özünə nəzarətə malikdir: uzun illər ərzində riskli qərarlar qəbul edib və ilkin itkilərə baxmayaraq, bundan imtina etməyib.
Hesab olunur ki, ağıllı adam öz ehtirasına nəzarət etməyi bacarır, “işə girişməzdən öncə hədəfi müəyyən edib planlaşdırır, alternativ strategiyaları araşdırır və nəticələri ölçüb biçir”.
Onlarla darıxmırsan
İtellektuallarda əla yumor hissi olur. Ekspertlər də bu fikirdədir: “Alimlərin fikrincə, gülünc görünmək bacarığı orta səviyyədən yuxarı intellektlə bağlıdır”.
Komikslərə ən gülməli replikaları düşünüb tapanlar intellektin şifahi yoxlanışında ən yüksək nəticələr göstəriblər.
Başqalarınn hisslərinə qarşı diqqətlidirlər
SAS-ın keçmiş icraçı direktoru Yan Karlson 30 il əvvəl liderlik haqda kitab buraxarkən bu, açılış oldu. Onun fikrincə, uğurun açarı “sevən” rəhbərlik və işçilər üçün yaxşı şəraitin yaradılmasıdır.
Ağıllı adamlar özgəsinin düşüncə və hisslərini praktik olaraq duyurlar.
Tərcümə Strateq.az-ındır.