XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 16:23

15 iyul hərbi çevriliş cəhdi haqda cizgi filmi çəkildi –VİDEO

fetullagulen.jpg

Konya Selçuk Universiteti, Televiziya və Kino ixtisasının dördüncü kurs tələbəsi Məhəmməd Rəşid Navqasın 15 iyul hərbi çevriliş cəhdini uşaqlara dahayaxşı başa salmaq üçün animasiya filmi hazırlayıb.

Hadisələrdən təsirlənən Navqasın 2 aylıq əməkdən sonra “Milli iradə” adlı animasiya filmini ərsəyə gətirib. O, animasiya filminin hazırlanma prosesi haqda bu ifadələri işlədib:

“Animasiya filmində fərqli mədəniyyətli, geyimli, düşüncədə insanları əks etdirməyə çalışdım. O, insanların tək ürək, tək bədən olaraq çevriliş cəhdini püskürtdüyünü gördüm. Animasiya yerinə ilk əvvəl sənədli film yaxud qısametrajlı film hazırlamaq istəmişdim. Sənədli film, yaxud qısametrajlı film hazırlasaydım gələcəkdə bunu uşaqların dərk etməyəcəyini düşündüm. Bu üzdən cizgi filmi tərzində bir animasiya hazırlamaq qərarı verdim”.

Navqasın fikrinə görə, bu hadisələr uşaqlara daha rahat başa salınarsa, sabahkı nəsillər də daha məlumatlı olar.

Avropa.info