XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 23:18

“Yeşilçam” filminin daha bir oyunçusu vəfat etdi –Yunan kökənli Dəniz Tanyeli səssiz dəfn edildi

deniz-tanyeli

Türkiyədə məşhur "Yeşilçam" filminin sevimli rollarından birini oynayan aktrisa Dəniz Tanyeli dünən 77 yaşında vəfat edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə kino musiqisi üzrə mütəxəssis Onur Akay məlumat verib.

O, məşhur tanınmış aktrisanın ağ ciyər xərçəngindən dünyasını dəyişdiyini bildirib:

“Zəki Müreniin "Berduş" filmində "Filiz" xarakterini baş rolda canlandıran cə çoxsaylı kinolarımızda rol alan Dəniz Tanyeli dünən ağ ciyər xərçəngindən vəfat etdi".

Xatırladaq ki, Dəniz Tanyeli yunan əsillidir. Onun əsl adı "Efeminya Özmavridis" olub.

Açı xəbərlə yanaşı, təəssüf doğuran hallardan biri də odur ki, dəyərli aktrisa bu gün "Aya Lefter Kurtuluş Rum Ortadoks Məzarlığı"nda səssiz- sədasız toprağa tapşırılıb. Onun xəbərsiz dəfn olunması, sənət yoldaşlarının niyə dəfnə qatılmaması isə Türkiyə kinosevərlərini də heyrətə salıb. 

Xatırladaq ki, sentyabrın 16-da "Yeşilcam"ın məşhur aktyorlarından biri Tarık Akan da xərçəng xəstəliyindən vəfat edib. Onun dəfnində isə minlərlə insan iştirak edib…