XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 15:35

Naxçıvanda 8-9 min il əvvələ aid yaşayış yeri tapıldı –AMEA üzvü danışdı

naxcivan-1

"Naxçıvan şəhərində yeni aşkarlanmış yaşayış yeri ərazidəki məskunlaşma tarixinin 8-9 min il bundan əvvələ aid olduğunu göstərir".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Baxşəliyev deyib.

Onun sözlərinə görə, ərazidə aparılan apraşdırmalar şəhərin məskunlaşma tarixinin daha da qədim olduğunu göstərib: "Şəhər ərazisində, Sərhəd qoşunları şəhərciyinin yaxınlığında, Naxçıvan çayının sağ sahilində yeni yaşayış yeri aşkarlanıb və abidə erkən enolit dövrünə aid edilə bilər. Bəzi keramika nümunələri və əmək alətləri neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri eramızdan əvvəl Vl-V minilliklərə aid edilə bilər".

Report