Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Tofiq Bakıxanovla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Ali Məclisin Sədri qonağı salamlayıb, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Ali Məclisin Sədri ona yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq Artisti Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulayıb.
Naxçıvan Muxtar Respublikasında yaradıcılığına yüksək qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə görə minnətdarlıq edib.