XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 16:21

Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatınıqəbul etməyə razılıq verib

Amerikalı məşhur yazıçı, mahnı sözlərinin müəllifi və ifaçısı, rəssam və kinoaktyor Bob Dilan İsveç Akademiyasına bildirib ki, ədəbiyyat üzrə ona verilmiş Nobel mükafatını qəbul etməyə razıdır.

Bu barədə Nobel komitəsinin saytında xüsusi məlumat dərc edilib.

Nobel komitəsinin əməkdaşları uzun müddət bu musiqiçi ilə əlaqə saxlaya bilməyiblər. Komitənin nümayəndələri müğənninin tapmağa cəhd edərək onun dostları ilə əlaqə saxlayır və hətta Dilanın hərəkətlərini təkəbbür kimi qiymətləndirirdilər.

Lakin sonradan Bob Dilan özü Komitənin əməkdaşları ilə əlaqə saxlayıb. Akademiyanın daimi katibi Dilanın mükafatı qəbul edib-etməyəcəyini soruşanda o deyib: “Mükafatı qəbul edirəmmi? Əlbəttə!”.

Laureat onu da qeyd edib ki, bu mükafatın ona verilməsi barədə xəbəri eşidəndə nitqi tutulub. O həmçinin bildirib ki, İsveç Akademiyasının seçimini özü üçün şərəf sayır.

Xatırladaq ki, oktyabrın 13-də İsveç Akademiyası bu musiqiçiyə “Amerika mahnı ənənələri çərçivəsində yeni poetik ifadə forması yaradılmasına görə” Nobel mükafatı verib(azərtac).