XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 15:22

Əbülfəs Qarayev:“Xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”

%c9%99b%c9%99lf%c9%99z

 “Bundan sonra da xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə səfərdə olan “Əlcəzirə” telekanalının Türkiyə təmsilçiliyinə müsahibəsində deyib.

"Bu il ərzində, xüsusilə də ərəb ölkələrindən olan turistlərin Azərbaycana səfərləri bir neçə dəfə artıb” – deyən nazir, bunun səbəbi kimi ərəb ölkələrindən olan turistlərin ölkəmizə səfərlərinin artması bir tərəfdən viza sistemin sadələşdirilməsidirsə, digər tərəfdən də Azərbaycan xalqının yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqələndirib.

O, müsahibəsində Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlardan da danışıb. Nazir bildirib ki, ölkədə turizm sənayesinin inkişafı prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Son illər bu sahədə həyata keçirilən yeniliklərdən danışan nazir viza sisteminin sadələşdirilməsi, bir sıra ölkələrin vətəndaşları üçün isə birbaşa hava limanlarımızda vizaların verildiyini vurğulayıb. Ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu, vizaların rahat şəkildə əldə olunması xarici turistlərin ildən-ilə artmasına səbəb olur”.  (Report)