XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 21:36

Xanəndə Bülbülcanın 175 illiyi –Muğam Mərkəzində yubiley gecəsi

bulbulcan

Bu gün Beynəlxalq Muğam Mərkəzində Xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Strateq.az bildirir ki, xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) doğumundan 175 il ötür (1841-1927). O, ilk musiqi təhsilini “Qafqazın Konservatoriyası” adlandırılan Şuşada Xarrat Qulunun məktəbində almışdır.

Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış etmiş, muğamsevərlər arasında məşhurluq qazanmışdır. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.