XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2016 - 20:43

Trampa “donuz” deyən məşhur aktyor:"Özümü 11 sentyabr teraktından sonrakı kimi hiss edirəm"

de-niro

Məşhur aktyor Robert De Niro Trampın ABŞ-da keçirilən parlament seçkilərində qələbəsindən aldığı təəssüratı 2001-ci il 11 sentyabrda baş verən teraktdan sonra keçirdiyi hisslərlə müqayisə edib.

"Hollivud reportyor”a danışan De Niro "hazırda özümü 11 sentyabr teraktından sonrakı vəziyyətdə hiss edirəm”, – deyə bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ-ı daha nələrin baş verəcəyini izləmək istəyir.

"Çox, çox, həddən artıq çox adam Trampı müşahidə edəcək", – De Niro tək olmayacağına işarə edib(Axar.az).

Qeyd edək ki, De Niro Trampın ən kəskin tənqidçilərindən biridir. Səsvermə günü o, Trampı "donuz” adlandırmış və onun üzündən bir şapalaq ilişdirməkdən məmnun olacağını demişdi.