XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 13:38

“Bəyin oğurlanması” filminin məşhur qəhrəmanı 35 ildən sonra Bakıya gəlib –FOTOLAR

resmi

Azərbaycan kinosunun tanınmış siması, "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm… bağışla" filmlərində maraqlı obrazlar yaradan Rəsmi Cəbrayılov Bakıya gəlib. (PrimeTime.az)

Rusiyanın Mayakovski adına Moskva Akademik Teatrında çalışan 84 yaşlı aktyor Azərbaycan tamaşaçılarına "Bəyin oğurlanması" filmində Əhməd dayı obrazı ilə tanışdır. Bakıya sonuncu dəfə 35 il əvvəl gəldiyini deyən aktyor, Azərbaycanlı sənətkarlar ilə uzun illərdir görüşmədiyini də , vurğulayıb. Qeyd edək ki, milliyətcə ləzgi olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.  Xatırladaq ki, "Bəyin oğurlanması" bədii filmində Əhməd dayı obrazını canlandıran Rəsmi Cəbrayılovu Azərbaycanın xalq artisti Rafiq Əzimov səsləndirib. 

resmi02