XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 23:10

“Bu, kiçik jest ola bilər…” –Putin ABŞ-ın məşhur aktyoruna Rusiya pasportu verdi (FOTO)

stiviin-siqala

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dünyaca tanınmış aktyoru Stiven Siqala rus pasportunu təqdim edib.

Aktyorla görüşdə Putin bildirib ki, bu niyyət bir nüddət öncədən müzakirə edilirdi: "Lap əvvəldən biz bu barədə danışırdıq ki, əgər bu olacaqsa, mütləq olacaq".

Putin əlavə edib ki, Rusiya vətəndaşlığının mövcudluğu aktyorun peşəkar planlarının reallaşdırılmasında yardım etməklə yanaşı, Rusiyanın dostları ilə ünsiyyətində bir vasitə olacaq: "Bu, kiçik jest ola bilər ki, bizim dövlətlərarası münasibətlərimizin tədricən normallaşmasında mühüm rol oynaya bilər".

Siqal isə öz növbəsində qeyd edib ki, Rusiya prezidenti ilə şəxsi görüş, Kremldə olmaq böyük şərəfdir(Axar.az).